Stoltenberq Rusiyanı taxıl sazişini uzatmağa çağırıb

318 27-10-2022, 11:37 dunya

Stoltenberq Rusiyanı taxıl sazişini uzatmağa çağırıbNoyabrın 19-da sazişin vaxtı bitəcək

NATO-nun Baş katibi Stoltenberq kasıb ölkələrin davamlı təminatı üçün Rusiyanı taxıl sazişini uzatmağa çağırıb.

Xeberdar.net xəbər verir ki, Baş katib bunu Rumıniyanın Baş naziti Nikolae Çuke ilə birgə mətbuat konfransında bildirib.

Qeyd edək ki, iyulun 22-də İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreşin iştirakı ilə Ukrayna taxılının təhlükəsiz daşınmasına dair üçtərəfli saziş imzalanıb. 19 noyabrda vaxtı bitəcək sazişin uzadılması üçün BMT və Türkiyə çağırış edib.


Xeberdar.net

XƏBƏR LENTİ