Kərəm Həsənovun qardaşı həbs olunub? - İDDİA

463 27-10-2022, 13:12 cemiyyet

Kərəm Həsənovun qardaşı həbs olunub? - İDDİAPrezidentin köməkçisi Kərəm Həsənovun qardaşı Şahin Həsənov həbs edilib. Xeberdar.net JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu barədə jurnalist Təzəxan Mirələmli özünün sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, sözügedən həbslə bağlı hələlik rəsmi məlumat yoxdur. “Məlumat verən mənbənin bildirməsinə görə, Kərəm Həsənov qardaşının həbsi məsələsində aciz qalıb”.

Mirələmli qeyd edib ki, Şahin Həsənov keçmiş MTN-nin yüksək rütbəli zabiti olub. MTN olaylarından sonra Daxili İşlər orqanlarında çalışıb. Səbail Rayon Pİ-nin 8-ci Polis Bölməsinin rəis müavini olub.


Xeberdar.net

XƏBƏR LENTİ