“Gürcü Arzusu”nun deputatının evində meyiti aşkarlanıb

192 27-10-2022, 16:28 dunya

“Gürcü Arzusu”nun deputatının evində meyiti aşkarlanıbTəsdiq olunmayan məlumata görə, 51 yaşlı siyasətçi intihar edib

Gürcüstan Parlamentinin hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasından olan deputatı İrakli Xaxubiyanın bu gün səhər saatlarında öz mənzilində meyiti tapılıb. Xeberdar.net xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.

Bildirilir ki, mənzildə həmçinin odlu silah aşkarlanıb.

Təsdiq olunmayan məlumata görə, 51 yaşlı siyasətçi intihar edib.

Yaxınlarının sözlərinə görə, oğlunun ölümündən sonra deputatın səhhətində problemlər yaranıbmış.

Xatırladaq ki, 21 yaşlı Beka Xaxubiya 2017-ci il mayın 17-də avtomobil qəzasında dünyasını dəyişib.

Xeberdar.net

XƏBƏR LENTİ