Azərbaycanda FACİƏ: Polis öldü...

572 28-10-2022, 11:13 cemiyyet / hadise

Azərbaycanda FACİƏ: Polis öldü...Azərbaycanda polis ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, bu gün Laçın Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İman Abbasov odlu silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən xəsarət alıb.

Ona hadisə yerində ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

XƏBƏR LENTİ