Yevlaxda ağır qəza: 2 nəfər ölüb

682 29-10-2022, 10:51 cemiyyet / hadise

Yevlaxda ağır qəza: 2 nəfər ölübAvtomobil deformasiyaya uğrayaraq yararsız hala düşüb

Yevlaxda ağır qəza baş verib. Xeberdar.net Trend-ə istinadən xəbər verir ki, dəhşətli hadisə şəhərin Ceyhun Mustafayev küçəsində qeydə alınıb.

41 yaşlı Həsən Mirzəyev idarə etdiyi minik maşınını şəhərdə yerləşən Şəhidlər Xiyabanının hasarına çırpıb.

Nəticədə avtomobil deformasiyaya uğrayaraq yararsız hala düşüb. Qəza zamanı Şəhədilər Xiyabanın giriş hisəsinin hasarının bir hissəsi uçub, darvazası yerindən qopub.

Hadisə nəticəsidə sürücü 41 yaşlı şəhid qardaşı Həsən Mirzəyev, 44 yaşlı sərnişin Rüfət Həmidov dünyasını dəyişib. Xəsarət alan daha iki nəfər sərnişin Yevlax rayon Xəstəxanasına çatdırılıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.


Xeberdar.net

XƏBƏR LENTİ