Rusiya “taxıl sazişi”ndən çıxmayıb

692 31-10-2022, 11:34 dunya

Rusiya “taxıl sazişi”ndən çıxmayıbRusiya XİN rəsmisi: ““Taxıl sazişi” iştirakçıları olan Türkiyə və BMT nümayəndələri ilə əlaqə yaradılacaq”

Rusiya “taxıl sazişi” ilə əlaqədar yaxın günlərdə Türkiyə və BMT nümayəndələri ilə danışıqlar aparacaq. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

Nazir müavininin sözlərinə görə, ölkəsi “taxıl sazişi” iştirakçıları olan Türkiyə və BMT nümayəndələri ilə əlaqə yaradacaq.

“İlk növbədə, Ukraynadan Rusiyanın Qara dəniz Donanmasına hücumun detallarının araşdırılması vacibdir. Moskva BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb. Orada “taxıl sazişi” ilə bağlı məsələlər də müzakirə olunacaq”, - Rudenko vurğulayıb.

Rusiya XİN rəsmisi qeyd edib ki, Rusiya “taxıl sazişi”ndən çıxmayıb, sadəcə burada iştirakını dayandırıb.

XƏBƏR LENTİ