Məşhur messencer on milyonlarla hesabı bloklayıb

686 31-10-2022, 11:39 cemiyyet

Məşhur messencer on milyonlarla hesabı bloklayıb2022-ci ilin ilk 6 ayında “Discord” messencerinin moderatorları 55 milyondan çox hesabı və 68 minə yaxın serveri bloklayıb.

Məlumata görə, hesabların böyük əksəriyyəti spamlara görə qadağan edilib. Yuxarıda göstərilən sayda profildən yalnız 1,8 milyonu digər pozuntulara görə bloklanıb.

Digər pozuntulara ilk növbədə uşaqların və yeniyetmələrin təhlükəsizliyini təhdid edən istifadəçilərin hərəkətləri daxildir. Bir qayda olaraq, bunlar yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismar cəhdləri, eləcə də uyğun olmayan məzmunun göndərilməsidir.

“Discord” moderatorlarının işinin yüksək keyfiyyətindən məmnundur, çünki statistika göstərir ki, onlar nadir hallarda səhv edirlər. 2022-ci ilin birinci rübündə müraciətdən sonra bloklanmış profillərin yalnız 2 faizi, ikinci rübündə isə 0,6 faizi üzərindən sanksiyalar götürülüb.

Qeyd edək ki, “Discord” video oyunçular və oyun sənayesinin nümayəndələri arasında çox populyar olan messencerdir. Hazırda xidmətin 150 milyondan çox aktiv istifadəçisi var.

Mənbə: gazeta.ru

XƏBƏR LENTİ