Lavrov: “Rusiya ilə Çin arasında əməkdaşlıq pik həddə çatıb”

709 31-10-2022, 14:23 dunya

Lavrov: “Rusiya ilə Çin arasında əməkdaşlıq pik həddə çatıb”"Bu ilin yekunlarına görə, biz yeni rekord göstəricilər gözləyirik"

“Bu gün Rusiya və Çin arasında qarşılıqlı əlaqə, əməkdaşlıq pik həddə çatıb. Əməkdaşlığımızın genişlənməsi xətti tamamilə bizim vətəndaşlarımızın maraqlarına cavab verir”. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Nazir xatırladıb ki, 2021-ci ildə ikitərəfli ticarətin həcmi 140 milyard dolları ötərək tarixi maksimuma yüksəlib.

"Bu ilin yekunlarına görə, biz yeni rekord göstəricilər gözləyirik", - Lavrov qeyd edib.

XƏBƏR LENTİ