Bakıda məktəbliyə qarşı əxlaqsız hərəkətlər edilib

727 31-10-2022, 15:49 cemiyyet

Bakıda məktəbliyə qarşı əxlaqsız hərəkətlər edilibPolis həmin şəxsi saxlayıb

Bakıda məktəbliyə qarşı əxlaqsız hərəkətlər edən şəxs saxlanılıb. Nərimanov Rayon Polis İdarəsində oktyabrın 27-də rayon ərazisindəki orta məktəblərin birində məktəbliyə qarşı əxlaqsız hərəkətlər edilməsi barədə daxil olan məlumatla əlaqədar Cinayət Məcəlləsinin 153-cü maddəsi (Əxlaqsız hərəkətlər) ilə cinayət işi başlanılıb.

İdarədən AYNA-ya bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən əvvəllər qəsdən adam öldürmə və quldurluq əməllərinə görə məhkum olunmuş Tərtər rayon sakini Sahil Həsənov müəyyən olunaraq saxlanılıb.

XƏBƏR LENTİ