Azərbaycanın Ukraynadakı səfiri əsa ilə görüntüləndi - FOTO

358 13-11-2022, 10:50 cemiyyet

Azərbaycanın Ukraynadakı səfiri əsa ilə görüntüləndi - FOTOAzərbaycanın Ukraynadakı səfiri Elmira Axundova əsa ilə görüntülənib.

“Qafqazinfo”nun əməkdaşının Azərbaycan Dövlət Rus Dram Teatrının kassasının qarşısında lentə aldığı fotoda xanım səfirin səhhətinin yerində olmadığı müşahidə edilib.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayanda Azərbaycanın Ukraynadakı səfiri E.Axundova və diplomatik korpusun nümayəndə heyəti Ukraynanı tərk etmişdi və bu, ciddi müzakirələrə səbəb olmuşdu. Xanım səfir Ukraynanı tərk etməsini həm də əməliyyat olunması ilə əsaslandırmışdı.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 69 yaşlı Elmira Axundovanın budəfəki durumu isə həmin əməliyyatla bağlı deyil, ayağının burxulması ilə əlaqədardır.

Azərbaycanın Ukraynadakı səfiri əsa ilə görüntüləndi - FOTO

XƏBƏR LENTİ