Türkiyə və ABŞ prezidentlərinin müzakirə etdikləri məsələlər açıqlanıb (Yeniləndi)

344 15-11-2022, 14:04 dunya

Türkiyə və ABŞ prezidentlərinin müzakirə etdikləri məsələlər açıqlanıb (Yeniləndi)Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Cozef Baydenin görüşündə “Taxıl sazişi”nin müddətinin uzadılmasının vacibliyi məsələsi müzakirə olunub.

Xeberdar.net məlumat verir ki, bu barədə Ağ ev məlumat yayıb.

Liderlər sazişin qüvvədə qalmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Bundan başqa, C.Bayden İstanbulda törədilən terror aktında ölən və yaralananlara görə R.T.Ərdoğana başsağlığı verib.

Liderlər NATO vasitəsilə gələcək koordinasiyanı müzakirə ediblər.
Tərəflər həmçinin F-16 qırıcı təyyarələrinin Türkiyəyə tədarükü barədə də fikir mübadiləsi aparıblar.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında görüş başlayıb.

“Report” xəbər verir ki, məlumatı Türkiyə Prezident Administrasiyası yayıb.

Liderlər “G-20”liyin İndoneziyanın Bali adasında keçirilən sammiti çərçivəsində bir araya gəlib.

XƏBƏR LENTİ