Ermənistan sərhəddə növbəti təxribata hazırlaşır - İddia

337 15-11-2022, 18:28 cemiyyet

Ermənistan sərhəddə növbəti təxribata hazırlaşır - İddiaErmənistan Azərbaycanla şərti sərhəddə yeni silahlı təxribata hazırlaşır. Bu barədə Caliber.az-ın hazırladığı materialda bildirilir.

Qeyd olunur ki, “Mülki Müqavilə” fraksiyasından olan deputat Armen Xaçatryan parlamentdə jurnalistlərlə söhbətində Ermənistan tərəfində mühəndis-texniki işlər fəal şəkildə davam edir: "Bəzi ərazilərdə işlər artıq tamamlanıb Bu işlər heç də sərhədin delimitasiyası perspektivi ilə şərtlənmir".

"Böyük ehtimalla Ermənistan ordusunun Azərbaycana qarşı növbəti silahlı təxribat törətmək üçün öz mövqelərini fəal şəkildə gücləndirdiyini iddia etmək olar. Ermənistan ərazisində "Aİ-nin qiymətləndirmə missiyası”nın olduğunu nəzərə alsaq, İrəvan avropalılar qarşısında “təcavüz qurbanı” kimi görünmək üçün silahlı toqquşmalara başlamağa hazırdır", - deyə Caliber.az qeyd edir.

XƏBƏR LENTİ