“Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyi 4 nömrəli Vərəm Əleyhinə Dispanserdə tədbirlər keçirib

437 17-11-2022, 18:30 cemiyyet

“Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyi 4 nömrəli Vərəm Əleyhinə Dispanserdə tədbirlər keçirib14 və 16 noyabr tarixlərində “Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Cəmiyyətin həssas qrupu olan vərəm xəstələrinin sosial və psixoloji reabilitasiyasına dəstək” layihəsi çərçivəsində 4 nömrəli Vərəm Əleyhinə Dispanserdə tədbirlər keçirib.

Tədbirlər ABŞ və Avropa ölkələrinin uğurlu təcrübəsindən örnək götürülərək Azərbaycanda bir ilk olan həssas qrup nümayəndələri üçün təşkil edilmiş danışıq klubu formatında təşkil edilmişdir.

Tədbirlər əvvəllər vərəm xəstəsi olub sağalmış, bu ağır xəstəlik nəticəsində ailə üzvlərini itirmiş Kənan Bayramovun moderatorluğu ilə təşkil edilmişdir. O, layihənin məqsədinə uyğun olaraq xəstələrlə motivasiya yönümlü çıxış edərək, öz uğurlu müalicə hekayəsini bölüşmüş, onlarda müalicənin müsbət nəticələnə biləcəyinə, xəstəlikdən tamamilə qurtula biləcəklərinə inam yaratmışdır. Tədbirlərin sonunda vərəmdən müalicə alan xəstələrə təmizlik vasitələrindən ibarət sosial paketlər paylanılmışdır.
Qeyd edək ki, eyni tədbirlər İctimai Birlik tərəfindən oktyabr ayında 9 nömrəli Xüsusiləşmiş Vərəm Xəstəxanasında vərəmdən müalicə alan xəstələr üçün də təşkil edilmişdi. Ümumilikdə, layihə çərçivəsində vərəm xəstələrinin psixoloji və sosial reabilitasiyasına yönəlmiş bu tədbirlərdən 60 nəfər vərəm xəstəsi yararlanmışdır.

Xeberdar.net

XƏBƏR LENTİ