“Rusiyada oliqarxlar arasında gizli müharibə gedir” – “Onlar yemək üçün bir-birini öldürən yırtıcılara bənzəyir”

349 18-11-2022, 13:22 dunya

“Rusiyada oliqarxlar arasında gizli müharibə gedir” – “Onlar yemək üçün bir-birini öldürən yırtıcılara bənzəyir”Rusiya-Ukrayna müharibəsi fonunda, rus oliqarxlar arasında arda-arda müəmmalı ölümlər baş verir. Sirrli ölümlərin dəqiq səbəbi məlum olmasa da, bu cür olayların təkrarlanması Kremldəki narahatlıqları bir qədər də artırır.

Britaniya mediası yazır ki, 9 aya yaxındır davam edən savaş dövründə müəmmalı şəkildə ölənlərdən biri - “Qazprom”un keçmiş vitse-prezidenti, Vladimir Putinə yaxınlığı ilə tanınan Vladislav Avayev idi . O, aprel ayında həyat yoldaşı və 13 yaşlı qızı ilə birlikdə Moskvadakı mənzilində ölü tapılmışdı.

Bu hadisədən sonra “Qazprombank”la yaxın münasibətdə olan “Novatek” şirkətinin keçmiş vitse-prezidenti Sergey Protosenyanın da həyat yoldaşı və qızı ilə birlikdə İspaniyadakı evində cəsədi tapılıb. İntihar etdiyi düşünülən Protoseniyanın oğlu ailəsinin öldürülmüş ola biləcəyini iddia edir.

Rusiyanın ən böyük neft şirkətlərindən biri olan “Lukoyl”un keçmiş direktoru Aleksandır Subbotin də may ayında yaşadığı mənzildə ölü tapılıb. Ardınca Rusiyanın enerji nəhəngi "Qazprom"la yaxın əlaqələri olan rusiyalı iş adamı Yuri Voronovun Sankt-Peterburqdakı dəbdəbəli evinin hovuzunda öldüyü məlum olub.

Sentyabrda “Lukoyl”un baş direktoru Ravil Maqanov xəstəxananın pəncərəsindən yıxılaraq dünyasını dəyişib.
Ətraflı

Onun yaxın dostu, Putinin “xüsusi masajçısı” kimi tanınan və Kremlin bir çox sirlərinə bələd olduğu düşünülən Konstantin Qoloşçapovun Rusiyadan qaçması isə Kremldə böyük təlatümün yaşanmasıyla bağlı söz-söhbətləri bir qədər də artırıb.

Bu müəmmalı hadisələr davam edərkən Sovet İttifaqının dağılmasından sonra Rusiyaya qoyduğu sərmayələrlə gündəmə gələn, lakin sonradan Rusiya dövləti ilə münasibətləri korlanan amerikalı maliyyə eksperti Bill Brauder İngilərə mətbuatına maraqlı açıqlamalar verib.

ABŞ-da Rusiyanı ən yaxşı tanıyanlardan biri olan Brauder Ukrayna müharibəsindən sonra Qərbin tətbiq etdiyi sanksiyalarla sarsılan Rusiyada oliqarxlar arasında böyük rəqabətin olduğunu qeyd edib. Məşhur iş adamı Rusiyanın iş dünyasında böyük gizli müharibənin getdiyini və intiharların da bunun nəticəsi olduğunu iddia edib.

Bill Brauder, oliqarxlar arasındakı müharibəni “yemək üçün bir-birini öldürən yırtıcılar”ın döyüşünə bənzədib.

Brauder, xüsusilə Rusiyanın enerji nəhəngləri olan – “Qazprom”, “Lukoyl”, “Novatek” və “Qazprombank” kimi pul axınının sıx olduğu qurumlarda müharibənin nəzarətdən çıxdığını bildirib./“AzPolitika.info”

XƏBƏR LENTİ