“Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz davam edəcək” - Hulusi Akar

“Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz davam edəcək” - Hulusi Akar“Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında PKK/KCK/YPG və digər terrorist qüvvələrinə qarşı keçirdiyi xüsusi antiterror əməliyyatı zamanı terrorçuların sığınacaqları, bunkerləri, mağaraları, tunelləri və anbarları dağıdılıb. Biz onları yaxından izləyirik. Terror təşkilatının qondarma qərargahı da vurularaq məhv edilib. Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz davam edəcək”.

“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bəyan edib.

Onun sözlərinə görə, antiterror əməliyyatında yalnız terrorçular və terrorçulara məxsus strukturlar hədəfə alınıb:
“Biz ölkəmizi və millətimizi 40 ildir davam edən terror bəlasından xilas etmək əzmindəyik, qərarlıyıq və bunu bacarırıq. Biz şəhidlərimizin, günahsız insanların qanını heç vaxt yerdə qoymamışıq, qoymuruq, qoymayacağıq!”.

Akar, son terrorçu zərərsizləşdirilənə qədər mübarizənin davam edəcəyini bəyan edib.

Qeyd edək ki, antiterror əməliyyatının gedişatını Türkiyənin milli müdafiə naziri Hulusi Akar və ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler izləyib.

“Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz davam edəcək” - Hulusi Akar

  • 20-11-2022, 12:05
  • 165


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Tahir Bağırov adına 59 saylı tam orta məktəbdə Kəlağayı gününə həsr olunmuş tədbir keçirildi
  2. Şair-publisist Güllü Eldar Tomarlı medal və fəxr diplomla təltif edildi
  3. DÜNYA KÜTLƏVİ ACLIQ ASTANASINDA... - İki seçim yolu var (ARAŞDIRMA + FOTO)
  4. “Rusiya Aleksandr Lukaşenkoya sui-qəsd hazırlayır” - ABŞ analitikləri
  5. Böyük Qayıdış futbol çempionatında 1/2 finalçılar müəyənləşdi.
  6. “Ukraynaya yardım qərb ölkələrinə baha başa gəlir” - NATO-nun baş katibi
  7. Tokayev Rusiyaya səfər edib
  8. Hərbçimiz vəfat etdi
  9. İranda 7 azərbaycanlı fəal həbs olunub - FOTOlar
  10. İki gündə cinayətdə şübhəli 74 nəfər saxlanılıb
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI