Hazırlıq kurslarının imtahan bileti “soyqırımı”- “Bəzən birinin qiyməti 18 manat olur”

405 22-11-2022, 10:46 cemiyyet

Hazırlıq kurslarının imtahan bileti “soyqırımı”- “Bəzən birinin qiyməti 18 manat olur”Paytaxt və regionlarda fəaliyyət göstərən bir neçə hazırlıq mərkəzlərində mütəmadi olaraq müxtəlif problemlər yaşanır.

Hazırlıq kurslarında hər ay keçirilən sınaq imtahanı biletlərinin baha olması abituriyentləri eləcə də valideyinləri narahat edən məsələlərdən biridir.

Təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasib AzEdu.az-a açıqlamasında hazırlıq kurslarının müəyyən güzəştlərindən danışıb.

“Hazırlıq kursları abituriyentlərin sınaq imtahanlarında iştirak etməsi üçün biletlərdə müəyyən qədər endirimlər edir. Məsələn, 3 kupon alana 1 kupon hədiyyə kampaniyası, həftənin müəyyən günləri biletlərin qiymətində 2 manat endirim edilməsi bu güzəştlərə daxildir. Hər bir kurs öz daxili qərarvermə hüququna əsasən, endirim və güzəşt kampaniyasının şərtlərini özü müəyyən edir.

Onun sözlərinə görə, hazırlıq kursları ümumilikdə biletləri çox baha qiymətə satır:

“Bəzi kurslar var ki, biletlərə həddindən artıq baha qiymət qoyurlar. Hətta, bu qiymət 18 manata qədər yüksələ bilir. Qiymətlər bu qədər şişirdildikdə abituriyentlər sınaq imtahanlarında iştirak edə bilmirlər”.

Bletləri tamamilə ödənişsiz etmək mümkün deyil,lakin hazırlıq kursları abituriyentlərin sınaq imtahanında iştirak etməsi üçün müəyyən güzəştlər etsələr daha məqsədə uyğun olar-deyə, o bildirib.

XƏBƏR LENTİ