Tahir Bağırov adına 59 saylı tam orta məktəbdə Kəlağayı gününə həsr olunmuş tədbir keçirildi

1 127 27-11-2022, 19:06 siyaset / cemiyyet / medeniyyet

Tahir Bağırov adına 59 saylı tam orta məktəbdə Kəlağayı gününə həsr olunmuş tədbir keçirildi26 Noyabr Azərbaycan Kəlağayası günündə, Xətai rayon Tahir Bağırov adına 59 saylı tam orta məktəbdə Kəlağayı gününə həsr olunmuş tədbir keçirildi. Senari müəllifi həmin məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnur Babayevaya məxsus olan tədbirin iştirakçıları, 9D sinif şagirdləri idi.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin müavini Pənah İmanov, şəhid Babək Ramaldanovun atası Meyvəddin Ramaldanov, şəhid Orxan İsmayılovun anası Həcər xanım, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı, həmin birliyin Qalareya və sərgi şöbəsinin sədri Arzu Əliyeva, Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədr-müavini Vüsal Sehranoğlu və valideyn, şagird kollektivi iştirak edirdi.
Tədbir bir-birindən maraqlı, rəngarəng səhnələrlə bəzədilmişdir. Xüsusi ilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin tərtib etdiyi "Azərbaycan kəlağayısı min illərin yadigarı" adlı kitabdan şeirlər seçilərək şagirdlərin ifasında səsləndrildi. Tədbirin “Qarabağ şikəstəsi“ ilə açılması izləyən hər bir kəsin ürəyincə oldu. Saz çalındı, milli rəqslər oynanıldı və səhnəciklər quruldu. Tədbirdə qızların “kəlağayı” rəqsi, ”qaytağı” rəqsi, ”yallı”rəqsi, ”naz eləmə” rəqsi tamaşaçıların zövqünü oxşadı. Sözləri şair-publisist Güllü Eldar Tomarlıya məxsus “Kəlağayı” şeiri şagird Rafiz Məmmədov tərəfindən sazda ifa olundu.
Sonda qonaqlar, tədbirin təşkili üçün başda Tahir Bağırov adına 59 saylı orta məktəbin direktoru Pikə xanım Əhmədova olmaqla, bütün kollektivə təşəkkürlərini bildirdilər.

Sonda şagirdlər səhnədən endilərr, səhnəyə həmin şagirdlərin anaları çıxdı və hər şagird əllərində tutduqları gülü analarına verdilər. Səhnəyə şəhid Orxanın anası Həcər xanım və məktəbin direktoru Pikə xanım dəvət olundu. Şagirdlər ana mahnısı oxudu. Bu anlar möhtəşəm idi.

Anaların kəlağayı bayramı mübarək olsun.

Xeberdar.net

XƏBƏR LENTİ