İranda 7 azərbaycanlı fəal həbs olunub - FOTOlar

302 28-11-2022, 11:02 dunya

İranda 7 azərbaycanlı fəal həbs olunub - FOTOlarŞərqi Azərbaycan əyalətinin Məlikan şəhərindən olan media və milli fəalların verdiyi məlumata görə, Hamid Vahidi, Sina Farabi, Babək Nemətzadə, Aydın Fərəczadə, Rza Məhəmmədi və Əkbər Fəthi adlı fəallar həbs olunublar.

Musavat.com xəbər verir ki, Tehranda saxlanılan Vəhid Əliqulupur Evin zindanına, qalan 6 fəal isə Marağa şəhər həbsxanasına köçürülüb.

Fəalların həbs səbəbləri barədə dəqiq məlumat əldə etmək mümkün olmasa da, onların etiraz aksiyaları ilə bağlı saxlanıldıqları güman edilir.

İranda 7 azərbaycanlı fəal həbs olunub - FOTOlar

XƏBƏR LENTİ