İki gündə cinayətdə şübhəli 74 nəfər saxlanılıb

300 28-11-2022, 12:47 cemiyyet

İki gündə cinayətdə şübhəli 74 nəfər saxlanılıbÖlkə ərazisində qeydə alınan 98 cinayətin açılması təmin olunub

Noyabrın 26-da və 27-də ölkə ərazisində qeydə alınan 98, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 64, o cümlədən borclu şəxs qismində axtarılan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən üç yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 50, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.

XƏBƏR LENTİ