Almaniyada fövqəladə vəziyyət elan edildi

303 30-11-2022, 12:53 dunya

Almaniyada fövqəladə vəziyyət elan edildiAlmaniyanın Şimali Reyn-Vestfaliya əyaləti enerji böhranı fonunda fövqəladə maliyyə vəziyyəti elan olunub.

Xeberdar.net xəbər verir ki, bu barədə Westdeutscher Rundfunk ictimai yayımı məlumat yayıb.

“Region hökuməti 5 milyard avronun köməyi ilə enerji böhranı ilə mübarizə aparmaq istəyir və üzərinə yeni borc öhdəlikləri götürməyə məcburdur”, - mesajda deyilir.

“Şimali Reyn-Vestfaliya enerji qiymətlərinin yüksəlməsindən xüsusilə təsirlənir, çünki Reyn və Ruh enerji tutumlu sənaye sahələri ilə xüsusilə zəngindir”, - deyə hesabat müəllifləri qeyd edirlər.

Xeberdar.net

XƏBƏR LENTİ