Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb

321 9-12-2022, 10:47 cemiyyet / hadise

Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölübMərhumun meyiti aidiyyatı üzrə təhvil verilib

Sumqayıtda 39 yaşlı qadın dəm qazından boğularaq ölüb. Xeberdar.net-in APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Xəzər bağlarında qeydə alınıb.



Belə ki, 1983-cü il təvəllüdlü Vüsalə Novruzova dəm qazından boğularaq dünyasını dəyişib.

Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu, Sumqayıtda son 3 gün ərzində dəm qazından üçüncü ölüm faktıdır.


Xeberdar.net

XƏBƏR LENTİ