DİM imtahan verəcək şəxslərə müraciət edib

281 12-12-2022, 16:25 cemiyyet

DİM imtahan verəcək şəxslərə müraciət edibNamizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

İnzibati dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA, BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi (BB vəzifə altqrupu) üzrə kağız daşıyıcılar vasitəsilə dekabrın 18-də keçiriləcək test imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Bu barədə AYNA-ya Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

Qeyd edilib ki, namizəd imtahana şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Dekabrın 18-də keçiriləcək dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə digər vəzifə qruplarına (AB, AC, BA) aid olan imtahanlar isə kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Əbdulvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında keçiriləcək. Kompüter vasitəsilə keçirilən imtahanda buraxılış vərəqəsinə ehtiyac yoxdur. Həmin namizədlər şəxsiyyətini təsdiq edən sənədin əslini təqdim etməlidirlər.

XƏBƏR LENTİ