Qubada evə qumbara atılıb

356 13-12-2022, 16:06 cemiyyet / hadise

Qubada evə qumbara atılıbHadisə yerindən 1 ədəd təlim qumbarası aşkar olunaraq götürülüb

Dekabrın 12-də Quba şəhər sakini olan bir qadının evinə qumbara atılması və həmin şəxsin “Toyota” markalı avtomobillə oradan uzaqlaşması barədə polisə məlumat daxil olub. Xeberdar.net xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin məlumatında qeyd olunub.

Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, hadisə yerindən 1 ədəd təlim qumbarası aşkar olunaraq götürülüb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş O.Ağalı Sumqayıt şəhəri ərazisində “Toyota” markalı avtomobildə saxlanılıb. Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.


Xeberdar.net

XƏBƏR LENTİ