Ali məktəblərə qəbul imtahanlarının vaxtı bilindi

280 14-12-2022, 15:00 cemiyyet

Ali məktəblərə qəbul imtahanlarının vaxtı bilindiDİM imtahanların tarixini açıqlayıb

2023-cü ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının vaxtı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) AYNA-ya verilən məlumata görə, ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanının birinci cəhdi mayın 20-də, II ixtisas qrupu üzrə mayın 21-də, IV ixtisas qrupu üzrə iyunun 3-də, I ixtisas qrupu üzrə iyunun 4-də keçiriləcək.

İmtahanların ikinci cəhdi III ixtisas qrupu üzrə 8 iyul, II ixtisas qrupu üzrə 9 iyul, I ixtisas qrupu üzrə 22 iyul, IV ixtisas qrupu üzrə isə 23 iyulda keçiriləcək.

XƏBƏR LENTİ