Benzin və dizel satışından əldə edilən gəlirlər artıb

410 14-12-2022, 16:15 iqtisadiyyat

Benzin və dizel satışından əldə edilən gəlirlər artıbÖtən il Azərbaycanda yanacaq istehlakçıları 2 milyard 494,3 milyon manatlıq benzin və dizel alıblar

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda yanacaq istehlakçıları 2 milyard 528,3 milyon manat (cari məzənnə ilə 1 milyard 487,2 milyon dollar - İF) məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.

Dövlət Statistika Komitəsindən AYNA-ya bildirilib ki, 2021-ci ilin müvafiq ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 8,4 faiz artıb. Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 5,6 faiz gəlir əldə edilib.

Ötən il Azərbaycanda yanacaq istehlakçıları 2 milyard 494,3 milyon manat (1,47 milyard dollar) məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.

Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin 1 litri 2 manat, “Super Euro-98” markalı benzinin 1 litri 2,3 manat, Aİ-92 markalı benzinin 1 litri 1 manat, dizel yanacağının 1 litri 0,8 manat təşkil edir.

XƏBƏR LENTİ