Azərbaycan nümayəndə heyəti sülhməramlıların qərargahında olub

292 16-12-2022, 14:54 cemiyyet

Azərbaycan nümayəndə heyəti sülhməramlıların qərargahında olubMonotorinq Qrupunun yataqlara yerində baxış keçirməsinə lazımi şərait yaradılmayıb

İqtisadiyyat Nazirliyi, Ekologiya və təbii sərvətlər nazirliyi, İqtisadiyyat nazirliyi yanında Əmlak məsələləri dövlət xidməti və “Azergold” QSC-in nümayəndələrindən ibarət heyət Rusiya sülhməramlılarının qərargahında görüş keçirilib.

Xeberdar.net xəbər verir ki, bu barədə Monitorinq Qrupunun rəhbəri Məsim Məmmədov bildirib.

Görüşdə bir daha qeyd olunub ki, təqdim edilmiş yol xəritəsinə uyğun olaraq “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış həyata keçirilməli, müvafiq monitorinq və inventarizasiya işlərinin təşkili məsələləri həllini tapmalıdır.

Monotorinq Qrupunun yataqlara yerində baxış keçirməsinə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmyıb.

Qrup üzvləri tərəfindən bir daha qeyd edilib ki, yataqların qanunsuz istismarı dayandırlmalı, ərazi kompleks monitorinq işləri həyata keçirilməlidir.

Xeberdar.net

XƏBƏR LENTİ