Azərbaycan, Türkiyə və Türkmənistanın biznes dairələri arasında görüş olub

296 16-12-2022, 17:18 dunya

Azərbaycan, Türkiyə və Türkmənistanın biznes dairələri arasında görüş olubTürkmənbaşı şəhərində Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO), Türkiyənin Palatalar və Birjalar Birliyinin, Türkmənistanın Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə üç ölkənin biznes dairələri arasında işgüzar görüş keçirilib.
Bu barədə AZPROMO məlumat yayıb.

Məlumata görə, görüşdə üç ölkənin biznes imkanları haqqında məlumat verilib, həyata keçiriləcək layihələrə dair təqdimat keçirilib.

Tədbir çərçivəsində Azərbaycanın “Hellmann Logistics” şirkəti ilə Türkmənistanın “Turkmen Logistics” Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb.

XƏBƏR LENTİ