Əhaliyə xəbərdarlıq

228 19-12-2022, 13:07 cemiyyet

Əhaliyə xəbərdarlıqHava şəraiti qısa müddətə kəskin dəyişəcək

Dekabrın 19-u axşamdan başlayaraq 21-i səhərədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qısa müddətə kəskin dəyişəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.

Xeberdar.net Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, dekabrın 20-də arabir yağıntılı olacaq. Havanın temperaturu gecə və gündüz 2-5° isti olacaq.

Dekabrın 21-i gündüzədək ölkə ərazisində hava şəraitinin qısa müddətə dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Havanın temperaturu dağlıq və dağətəyi rayonlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacağı, aran rayonlarında isə gecə saatlarında 0° -yə yaxınlaşacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq, duman olacaq.


Xeberdar.net

XƏBƏR LENTİ