Rusiya Xersonun mərkəzini atəşə tutub

215 20-12-2022, 10:37 dunya

Rusiya Xersonun mərkəzini atəşə tutubAtəş nəticəsində təhsil ocağına ziyan dəydiyi bildirilir

Rusiya hərbçiləri Ukraynanın Xerson şəhərinin mərkəzini atəşə tutub.Xeberdar.net xəbər verir ki, bu barədə Xerson Şəhər Şurası "Telegram"da məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 1 nəfər həlak olub. Mərmi ölən şəxsin avtomobilinin yanına düşüb.

Xerson Müdafiə Komendantlığının mətbuat katibi Dmitro Pletençuk qeyd edib ki, raketlərdən biri Xerson Vilayət Dövlət Administrasiyasının binasına, ikincisi digər dövlət müəssisəsinin binasına tuş gəlib.

Bundan başqa, təhsil ocağına ziyan dəyib. Belə ki, işğalçıların mərmisi binanın damını deşib.

“Rusiya qoşunları “S-300” hava hücumundan müdafiə sistemləri ilə Xersonu atəşə tutmağa başlayıb, şəhəri daha uzaq məsafədən vurmağa çalışırlar”, - Şəhər Şurası əlavə edib.

Xatırladaq ki, Xerson şəhəri martın 3-dən noyabrın 11-dək Rusiya qüvvələrinin işğalı altında olub. Bu şəhər fevralın 24-də başlayan müharibədə Rusiyanın ələ keçirdiyi ən böyük yaşayış məntəqəsi idi.

Xeberdar.net

XƏBƏR LENTİ