Təxirə salınmış Naxçıvan reyslərinin uçuş vaxtı məlum olub

227 20-12-2022, 15:14 cemiyyet

Təxirə salınmış Naxçıvan reyslərinin uçuş vaxtı məlum olubBakıdan bütün uçuşlar bu gün saat 14:20, 15:00 və 17:10-da həyata keçiriləcək

Dekabrın 17-də əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınmış Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 255/257 və 256/258 nömrəli reyslərin uçuş vaxtı məlum olub.

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-dən AYNA-ya verilən məlumata görə, planlaşdırılan uçuşa qeydiyyatdan keçmək üçün bu gün, dekabrın 20-də hava limanına öncədən yaxınlaşmaq xahiş olunur.

Bakıdan bütün uçuşlar saat 14:20, 15:00 və 17:10-da həyata keçiriləcək.

Naxçıvandan uçuşlar saat 16:40, 17:20 və 19:30-da yerinə yetiriləcək.

AZAL digər təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir. Onların cədvəli tezliklə dərc olunacaq.

Bununla yanaşı, xüsusilə qeyd edirik ki, uçuşların təhlükəsizliyi məqsədilə bütün reyslər yalnız əlverişli hava şəraitində həyata keçiriləcək.

XƏBƏR LENTİ