Ağdamda ər arvadını qətlə yetirdi

458 21-12-2022, 11:08 cemiyyet / kriminal

Ağdamda ər arvadını qətlə yetirdiDekabrın 21-də saat 3 radələrində Ağdam rayonu Təzəkənd qəsəbəsində 1985-ci il təvəllüdlü Tünzalə İbadovanın kəsici-deşici alətlərlə qəsdən öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini qısqanclıq zəminində törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1974-cü il təvəllüdlü Sahib İbadov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.\Teref.az\

XƏBƏR LENTİ