Sabahın hava proqnozu açıqlanıb

251 21-12-2022, 16:08 cemiyyet

Sabahın hava proqnozu açıqlanıbDağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq

Azərbaycanda dekabrın 22-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6, gündüz 7-9, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80% olacaq.

Rayonlarda əsasən, yağmursuz olacaq, lakin gündüz bəzi şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-4, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

XƏBƏR LENTİ