Magistral yolda 100-ə qədər avtomobil toqquşub

333 24-12-2022, 11:12 dunya

Magistral yolda 100-ə qədər avtomobil toqquşubTrans-Kanada şossesində 100-ə yaxın avtomobil toqquşub.

Bu barədə cümə günü regional polis idarəsi xəbər yayıb.

Ölənlər və xəsarət alanlar barədə hələ ki məlumat daxil olmayıb. Qəzalara səbəb Kanadanın şərqindəki Ontario və Kvebek əyalətlərində cümə axşamından cümə gününə keçən gecə baş verən güclü qar yağıntısı olub.

Kanada Milli Hava Bürosunun məlumatına görə, Ontarionun bəzi hissələrində qarın qalınlığı 50 sm-ə çata bilər.

Mənbə: TASS

XƏBƏR LENTİ