Ukraynadan ciddi irəliləyiş: Bu ərazilər azad edildi

266 28-12-2022, 11:10 dunya

Ukraynadan ciddi irəliləyiş: Bu ərazilər azad edildiUkrayna ordusu Luqansk vilayətinin Svatovo-Kremennoy istiqamətində ciddi irəliləyişlər əldə edib.

Xeberdar.net-in məlumatına görə, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

İnstitut rusiyalı hərbi blogerlərə istinad edərək ki, bildirib ki, Ukrayna ordusu Kremennoydan 5 km aralıda yerləşən Çervonopakovkadakı rus mövqelərini ələ keçirib.

İnstitutun məlumatına görə, Ukrayna hərbçiləri ehtimal ki, Xarkov vilayətinin Dvuxriçnıy, Novomlinsk, Taviljanka və Luqansk vilayətinin Kolomiyçixa yaşayış məntəqələrini azad ediblər.

Qeyd edilib ki, bu yaşayış məntəqələrinin azad edilməsi rus bvə ukraynalı hərbi jurnalistlər tərəfindən də təsdiq olunub.

Xeberdar.net

XƏBƏR LENTİ