Bakı Metropolitenində talanan milyonlar - müqayisəli rəqəmlər, ARAŞDIRMA

179 6-01-2023, 16:19 cemiyyet

Bakı Metropolitenində talanan milyonlar - müqayisəli rəqəmlər, ARAŞDIRMABakı Metropolitenində talanan milyonlar - Bakı Metropoliteni tərəfindən təqdim olunan məlumat idi. Təəssüflər olsun ki, Bakı metropoliteni şəffaf qurumlar siyahısında görmək çətindir. Şirkət hələ də 2021-ci ilə aid maliyyə hesabatını cəmiyyət ilə paylaşmayıb. Yəni belə şəraitdə plan və ya investisiya layihələri barədə danışmağa da dəyməz.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə Toğrul Vəliyev araşdırmasında qeyd edib.

- Məsələnin başqa tərəfi var. O gün yerləşdirilən rəqəmlərdən sonra, bir sıra urbanist səhifələr (Transport for Baku və s.) yazdılar ki, metro tikintisi bahadır, amma lazımdır. Mənim şəxsən buna heç bir etirazım yoxdur. Amma məsələnin başqa tərəfi də var - bu qədərmi bahadır? Gəlin müqayisə edək. Bakıdan fərqli olaraq Moskvada bu işlər daha şəffaf həyata keçirilir. Misal üçün, Moskva şəhərinin şəhərsalma siyasətinin və tikinti kompleksinin rəsmi saytında hətta metro tikintisinin dəyərinə dair ayrıca səhifə həsr olunub (təəssüf indi deyəsən açılmır, amma müharibə başlayandan Rusiyada belə tipli problemlər çoxdur). Bu səhifədə və digər şəhərlərə aid olan məlumatlara əsaslanaraq hesablamağa çalışaq.

İlk əvvəl qeyd etməliyəm ki, layihə sayı çox ola bilər, amma indiki problemləri təcili bir halda həll etmək üçün göstərilən layihələrdən 3-ü prioritetli olmalıdır:

1️⃣ 4.6 km uzunluğunda Dərnəgül- Koroğlu xəttinin tikintisi və 3 stansiya – 893,01-1150,18 milyon manat və 5 il müddət;
2️⃣ 28 May/ C. Cabbarlı stansiyalarında Qırmızı və Yaşıl xətlərin ayrılması – 127.5-280,24 milyon manat;
3️⃣ Yaşıl xətt üçün Dərnəgül elektrik deposunun inşasının tamamlanması - 153,61 milyon manat

Başqa sözlə yaxın müddətdə Bakı metropoliteninə investisiyaların həcmi (ən azı QSC-nın hesablamalarına görə) 1174,12-1584,03 milyon manat olmalıdır.

İndi isə gəlin müqayisə edək. Moskva meriyasının məlumatına görə, dayaz özüllü stansiya kompleksi ilə birlikdə metropoliten xəttinin 1 kilometrinin tikintisi 4,5 milyard rubla (yəni 112,05 milyon manata) başa gəlir. İlk layihə Dərnəgül-Koroğlu layihəsidir. Təxmin edirəm ki, müvafiq stansiyalar dayaz özüllü olacaqlar (dərin özüllü ya sıx yaşayış zonalarda ya da relyef problemi olan yerlərdə tikirlər. Burada isə metro keçmiş sənaye zonasından keçəcək). Moskva meriyasının rəqəmlərini nəzərə alsaq, o zaman bizdə 515,4 milyon manat alınacaq. Təxmin edək ki, dayaz yox, gölə görə dərin özüllü tikəcəklər. Bəs o zaman neçəyə başa gələcək? Eyni mənbəyə istinad etsək, o zaman bizdə 801,8 milyon manat alınacaq. Hər iki halda qiymət göstərilən rəqəmdir daha ucuz olacaq.

Deyə bilərsiz ki, bizdə relyef Moskvadan daha ağırdır. O zaman gəlin sizə Sankt-Peterburq barədə danışım. Orada 1 km metro xəttinin tikintisi 8 milyard rubla və ya 199,2 milyon manata başa gəlir (nəzərə alın ki, bu dərin özüllü sıx yaşayış olan zonada tikilən metroya aiddir). Amma hər iki halda nəzərə alın ki, bu şəhərlər sıx yaşayış məntəqələridir və eyni zamanda hər iki şəhərdə çay sistemi və s. mövcuddur. Bakının böyük hissəsində heç kanalizasiya sistemi normal yoxdur. Ona görə metro tikintisinə mane ola biləcək kommunal infrastrukturun olmasını təxmin etmək olmur.

Düzdür deyə bilərsiz ki, Nyu-Yorkda 1 kilometrin tikintisi 1,5 milyarda, Parisdə az qala 250-300 milyon dollara başa gəlir. Amma bu şəhərlərdə metro stansiyaların sayı yüzlərlədir. İndi yeni tikilən stansiyalar adətən ya sıx yaşayış olan zonaları nəzərdə tutur ya da başqa bir məqsəd daşıyır (transfer hablar, yenidən qurulma və s.). Bakıda hələ belə problem yoxdur. Belə ki, Dərnəgül-Koroğlu arasında metro xətti tikilsə 28 may stansiyasına düşən indiki sıxlıq kəskin şəkildə azalacaq. İndiki halda "Elmlər Akademiyası" stansiyasından "Koroğlu"-ya gedən də, "Sahil" stansiyasından "Neftçilər" stansiyasına gedən də eyni istiqamət üzrə qatarlara minirlər. Qeyd etdiyim xətt açılsa artıq bu insanlar kəsişməyəcək. İki xətt ayrılsa ümumiyyətlə sıxlığı tənzimləmək mümkün olacaq. Amma bu işlər təcili olaraq həyata keçirilməlidir. Vaxt uzandıqca, problemlər daha da kəskinləşəcək.

XƏBƏR LENTİ