Goranboy təhsilində RÜŞVƏT MƏSƏLƏSİ - Müəllimin səs yazısı yayıldı... VİDEO

198 14-01-2023, 12:29 cemiyyet

Goranboy təhsilində RÜŞVƏT MƏSƏLƏSİ - Müəllimin səs yazısı yayıldı... VİDEOGoranboy sakinləri dünən saytımıza videofakt göndərib bildirmişdirlər ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan Təhsil sektorunun tabeliyində fəaliyyət göstərən kənd və qəsəbələrdəki tam orta məktəblərdə summativ və digər adlar altında pullar yığılır.Həmin faktı ictimailəşdirdikdən sonra artıq 13 yanvar 2023-cü il tarixdə Goranboy-Naftalan Təhsil sektorunun rəhbərliyi hərəkətə keçdi.
Belə ki, Goranboy rayon, M. Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbində direktor Güntəkin Cəfərova bütün siniflərə bir-bir girərək şagirdlərə deyib ki, gələn yarım illikdən sonra daha sizdən summativ pulu yığılmayacaq.Həm də sinif rəhbərlərinə göstəriş verilib ki, yığılan bütün pullar təcili geri qaytarılsın.
Bu haqda Dünyanınsəsi.Az saytına Goranboy rayon, M. Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbində təhsil alan şagirdlərin valideyinləri tərəfindən yenidən səs yazısı göndəriblər.
Həmin səs yazısında ingilis dilini tədris edən sinif rəhbəri Günay adlı müəllimə valideyinlərə bildirir ki, gözünüz aydın olsun.Bu yarım ilikdən sonra uşaqlaınız “Summativ” pulu vermiyəcəklər.
Bu səs yazısı həqiqətən də sübut etdi ki, sözügedən məktəbdə pul yığılırmış.Belə olan halda sual meydana çıxmaya bilməz.Hörmətli sektor müdiri Xəyal Məmmədov, onda siz deyə bilərsinizmi bu yığılan pullar kimin cibinə gedir? Əgər valideyinlər bu və ya digər adlara pullar ödəyirsə onda dövlət büdcəsi hesabına verilən mal-materialları kim mənimsəyir? Ölkəmizin təhsil sisteminə biznes mənbəyi kimi baxanları ancaq qandallamaq lazımdır.Yoxsa bu həşarətlərin ücbatından dövlətimiz inkişaf edə bilməyəcəkdir.
Redaksiya olaraq inanırıq ki, hüquq mühavizə orqanları Goranboy-Naftalan təhsil sektorunda yoxlamalar aparıb vəzifə səlahiyyətlərindən sui-istifadə etməni, vəzifə saxtakarlığını eləcə də dövlət əmlakaını mənimsənilməsi faktlarını üzə çıxaracaqdır.
Yazıda adları keçən tərəflərin mövqelərini də dərc edə bilərik.
Müəllimənin səs yazısını təqdim edirik; //Dünyanınsəsi.Az//


XƏBƏR LENTİ