Abdullayev şirkətlərinin qısa icmalı - ARDI VAR...

292 17-01-2023, 08:23 siyaset

Abdullayev şirkətlərinin qısa icmalı - ARDI VAR...

Sabiq SOCAR şefi və hazırda İqtisadiyyat naziri Mikayıl Cabbarovun altı (6) müavinindən biri olan Rövnəq Abdullayevin biznes şəbəkəsi hörümçək toru kimi şaxələnir. 17 il SOCAR şefi olan nazir müavini əldə etdiyi gəlirləri Azərbaycanda və Avropa ölkələrində şirkətlər qurmağa istifadə edib. Bu şirkətləri isə yaxın qohumlarına həvalə edən R.Abdullayevin oğlu Rəşad Abdullayev Avropadakı şirkətlərə başçılıq edir.
Kommersant.az sabiq şefin ailə biznesi haqqında araşdırmasını oxuculara təqdim edir:

R.Abdullayevə bağlı olan şirkətlər əsasən tikinti, energetika, sənaye və kənd təsərrüfatı istehsalı sahəsində çalışır.

1.3 milyon dollarlıq (2 milyon 210 min manat) saatını itirərək gündəmə gələn Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev yəni, Abdullayev ailəsinin 29 yaşlı fərdi İngiltərənin London şəhərində təsis etdiyi şirkətlərdən birinin ilk bəyənatını fevral ayının 10-da təqdim edəcək. Şirkətə aid olan əsas sənədlər toplusunu təqdim edirik:

Abdullayev şirkətlərinin qısa icmalı - ARDI VAR...

Abdullayev şirkətlərinin qısa icmalı - ARDI VAR...

Abdullayev şirkətlərinin qısa icmalı - ARDI VAR...

Abdullayev şirkətlərinin qısa icmalı - ARDI VAR...

Abdullayev şirkətlərinin qısa icmalı - ARDI VAR...

Abdullayev şirkətlərinin qısa icmalı - ARDI VAR...

Abdullayev şirkətlərinin qısa icmalı - ARDI VAR...

Abdullayev şirkətlərinin qısa icmalı - ARDI VAR...

Abdullayev şirkətlərinin qısa icmalı - ARDI VAR...


Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva, ev 237/14, 3 ünvanında isə Rəşad Abdullayevin Türkiyədə qurduğu “Alpha Roger Proje İnşaat ve Gayrimenkul Danışmanlık Sanayi ve Ticaret Anonim Şirketi”nin filialı qeydiyyatdan keçib.

Rövnəq Abdullayevin şirkətlərini rəhbər şəxslər və təkrarlanan qeydiyyat ünvanları ilə müəyyən etmək mümkündür. Amma bu şirkətlərin əksəriyəti haqda vergilərin elektron qəzetində məlumat olmadığından fəaliyyətləri barədə ictimaiyyətə açıq məlumat yoxdur.

R.Abdullayevin "Əliyevlər şirkət"i

R.Abdullayevin qayınatası Adəm Əliyevin şirkətlərinin sayı çox olduğu üçün milyonluq şirkətinin üstündən tək imza ilə xətt çəkə bilib. Belə ki, A.Əliyev 5 il əvvəl yəni, 2018-ci ildə 1 milyon 106 min manatlıq “Xincab” MMC şirkətini ləğvi ilə bağlı vergilər qəzetinə elan da verib. Bakı şəhəri, Nizami rayonu, Nəvai küçəsi, 15 ünvanında qeydiyyatdan keçən şirkəti başqa MMC-lərlə bağlayan da sözügedən ünvandır. Belə ki, həmin ünvanda R.Abdullayevə məxsus “Trust Holding” MMC, “Terminal-2A” MMC, “Bakimpeks” MMC də hüquqi ünvan alıb. “SOCAR-Petroleum” QSC-nin ortağı olan “A.P. İnternational LLC” şirkətinin (ABŞ) Azərbaycandakı filialı da bu ünvanda qeydiyyatdan keçib.

A.Əliyevin direktor olduğu şirkətlərdən biri isə “Sərv” MMC-dir. “Sərv” MMC ilə “Eyros” MMC-i isə Bakı şəhəri, Nərimanov rayonu, Sülh döngəsi 2, ev 2, mənzil 16 ünvanı birləşdirir. “Sərv” MMC haqqında vergilər elektron qəzetindən və vergi uçotundan məlumat əldə edə bilməsək də, “Eyros” MMC-nin SOCAR-la ortaq olduğu məlum olub. Bu ortaqlıq isə R.Abdullayevin SOCAR prezidenti olduğu dönəmdə start verilib. Onun direktoru Ramil Cavanşir oğlu Əliyev həm də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktoru vəzifəsində çalışır.

Abdullayev şirkətlərinin qısa icmalı - ARDI VAR...



Bu qapalı səhmdar cəmiyyətinin təsisçiləri SOCAR (51%) və Panamanın “Lancer Services S.A” (49%) şirkətidir. Panama şirkətinin sahibi “Union Grand Energy” şirkəti vasitəsilə Anar Əlizadədir. Bu işadamı ilə R.Abdullayevə bağlı olan şirkətlərin yolu həm də Nəvai küçəsi, 15-də də kəsişir. Bu ünvanda 2004-cü ildə A.Əlizadəyə məxsus “Aztrans” MMC dövlət qeydiyyatına alınıb.

Abdullayev şirkətlərinin qısa icmalı - ARDI VAR...



Şəkildən də tanış olduğunuz A.Əlizadə (Əliyev) haqqında geniş məlumatı isə daha sonra təqdim edəcəyik.

Adəm Əliyevdən çox da uzaq qalmamaq üçün onunla davam edirik.

2007-ci ildə Türkiyənin “DHT Holding” şirkətlər qrupuna bağlı olan “A.S.M Metal Uluslararası Dış Ticarət Şirkəti” ilə “SOCAR-ASM” MMC qurulub. Şirkətdə SOCAR-ın iştirak payı 30 faiz, Türkiyə tərəfinin payı isə 40 faizdir. Üçüncü təsisçi isə 30 faizlik payla “Eyros” MMC-dir. “SOCAR-ASM” şirkətinin əsas funksiyası Xəzər dənizində və quruda istifadəsiz metal qurğuların sökülməsi, batmış gəmilərin, istismar müddəti bitmiş boru xətlərinin kəsilərək çıxarılmasından ibarətdir. 2010-cu ildə bu birgə müəssisə 2,3 milyon manat mənfəət qazanıb.

Turanlılar ailəsinə məxsus “DHT Holding”lə Adəm Əliyev arasında işgüzar əməkdaşlıq bununla məhdudlaşmır. Holdinqlə ortaq qurulan bir çox şirkətdə (“Azər Toxum” MMC, “Azər Aqro” MMC, “AST Beynəlxalq Tikinti” MMC, “Azər Yem Sənaye” MMC) A.Əliyev rəsmi təsisçilər arasındadır.

Abdullayev şirkətlərinin qısa icmalı - ARDI VAR...



Qeyd olunan şirkətlər əsasən kommersiya hüquqi şəxslərin təsisçilərinin adlarının kommersiya sirri kimi gizli saxlanılmayan dövrdə yaradılıb. Bu şirkətlər Türkiyənin “DHT Holding” şirkətlər qrupuna daxildir. Qrup Azərbaycanda daha bir neçə şirkətlə təmsil olunur.

Adəm Əliyevin xariciləri “yemləməsi”

Dağıstan Turanlıya məxsus olan “DHT Holding”in Azərbaycana 2010-cu ildə 80 milyon ABŞ dolları (136 milyon manat) sərmayə yatıraraq həmin ildə 400 milyon ABŞ dolları (680 milyon manat) gəlir əldə edib. Mətbuata açıqlamasında "ana yurdumuz Türkiyə, ata yurdumuz Azərbaycandır" deyən D.Turanlı bildirib ki, holdinqə daxil olan DHT Metal şirkəti Xəzər dənizindən çıxarılan dəmir qırıntılarını armatura çevirir. O bildirib ki, dənizdən hətta tank da çıxarıblar.

Abdullayev şirkətlərinin qısa icmalı - ARDI VAR...


Çıxardığı tankı, dəmiri sataraq sərvətinə sərvət qatan Turanlı qazandığı pulları Afrika ölkəsinə yatırıb.

Türkiyəli iş adamı D.Turanlı Cənubi Afrikanın ən əhəmiyyətli polad zavodlarından biri olan “CİSKO” polad fabrikini alıb və 2020-ci ildə etdiyi yeni investisiyalarla polad istehsalını artırıb.

D.Turanlıya məxsus Azərbaycanın ən böyük ağır sənaye şirkəti olan “DHT Holding” hazırda Cənubi Afrikadakı investisiyalarını davam etdirir. Xüsusilə metal qırıntılarına investisiyaları ilə tanınan DHT Holdinq Cənubi Afrikada Murray & Roberts tərəfindən 1967-ci ildə qurulan və 2010-cu ildə bağlanan Cape Town Dəmir və Polad İşləri (Cisco) zavodunu aldıqdan sonra yeni investisiyalarla istehsala başlayıb və 42 milyon dollar investisiya yatırıb.

“Azər Yem Sənaye” MMC-nin təsisçiləri Turanlı Oğuzhan Əli oğlu və Adəm Əliyevdir. Balakən rayonunda illik 80 min yem istehsal etmək gücündə olan şirkətə 2007-ci ildə 2 milyon 684 min ABŞ dolları investisiya qoyulub.

“Azər Toxum” MMC və “Azər Aqro” MMC 2008-ci ildə Adəm Bayram oğlu Əliyev və Türkiyə vətəndaşı Emin Fahrettin Baburşahın təsisçiliyi ilə yaradılıb. Bir müddət sonra “Azər Toxum” MMC-də təsisçilərin strukturu dəyişib. Onların arasına “Azər Aqro” MMC (payların 19,78 faizi) və dövlətə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ – 17,46%) daxil olub. “Azər Toxum” MMC nizamnamə kapitalı 100 manatdan 18,9 milyon manata, “Azər Aqro” MMC-nin – 4,4 milyon manata qaldırılıb.

Söz verdiyimiz kimi qayıdaq Anar Əlizadəyə (Əliyevə). Rövnəq Abdullayevin dayısı oğlu olan A.Əlizadənin İsveçrə bankındakı hesabında 100 milyon ABŞ dolları olduğu iddia edilir. O, hələ 2020-ci ildə Azərbaycanda Silahlı Qüvvələrə Yardım Fonduna 2 milyon manatlıq ianə də etmişdi. Bu da onu fonda ən çox ianə edən şəxs kimi siyahıya salıb.

A.Əlizadə azərbaycanlı iş adamı, Union Grand Energy Şirkətlər Qrupunun sahibi və Baş İcraçı Direktoru, “Baku Business Factory”nin təsisçisi, “Socar Trading”-nin təsisçisi (digər təsisçilər: SOCAR, Valeri Qolovuşkin) və keçmiş prezidentidir. Hazırda A.Əlizadə dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycan, BƏƏ, Türkiyə və Sinqapurda neft, tikinti, ticarət və sənaye sahələrində uğurlu fəaliyyət göstərən bir sıra şirkətləri idarə edir.

Onun qardaşı Nihad Əliyev isə SOCAR-da yüksək vəzifədə idi. 2021-ci ilin mart ayında isə o İstanbuldakı otellərin birində dostları ilə (üç kişi, üç qadın) istirahət edərkən dünyasını dəyişib. Belə ki, N.Əliyev istirahət zamanı belindən tapançasını çıxarıb və zarafatla başına dayayıb. Daha sonra isə atəş açılıb və N.Əliyev ehtiyyatsızlığın qurbanı olub.

A.Əlizadənin digər qardaşı Bədəl Əliyev isə SOCAR İT departamentində satınalma meneceri olaraq işləyir. Atası Nüsrət Əliyev Neft Emalı Zavodu Qaz sektorunun müdiri, əmisi Azad Əliyev isə Neft Emalı Zavodu Kislorod sektorunun müdiridir.

Qeyd edək ki, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktoru vəzifəsini icra edən Ramil Cavanşir oğlu Əliyev də A.Əlizadənin əmisi nəvəsidir. Digər əmisi nəvəsi Nail Əliyev isə Neft-Yağ Emalı Zavodunun baş direktorudur.

R.Abdullayevə məxsus “Trust Holding” MMC-nin maliyyə nəzarətçisi isə Rüfət Əliyevdir.

Abdullayev şirkətlərinin qısa icmalı - ARDI VAR...


Bunlardan başqa Rövnəq Abdullayevin “Rabitə Bankla” da yaxından əlaqəsi var. Belə ki, bankın müşahidə şurasının üzvü Rauf Əliyevin 30 yaşı olmasına baxmayaraq 2 ildir ki, sözügedən bankda yüksək vəzifədədir. Həmçinin R.Əliyev “Rabitə Bank”ın 40,6 faizlə ən böyük səhmdarıdır. Onun üzvü olduğu şuranın sədri Zakir Nuriyevin bankdakı səhmləri isə 11,48 faiz təşkil edir.


Abdullayev şirkətlərinin qısa icmalı - ARDI VAR...


Rauf Əliyevin 2014-cü ildən çalışdığı “Z-Commerz” MMC və Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin təsis etdiyi “AR Construction” MMC eyni ünvandan qeydiyyatdan keçiblər.

Rauf Əliyev, Rövnəq Abdullayev və “Rabitə Bank” haqqında daha geniş və təfərrüatlı məlumat həftə içi video və yazılı formada Kommersant.az saytı tərəfindən təqdim olunacaq. Yazıda SOCAR yanacaq doldurma mərkəzlərindəki “Rabitə Bank”ın POS cihazları, sözügedən bankın audit hesablamaları, Abdullayev bağları, səhmdarları və səhmdarın pay sahibi olduğu “Meqa Sığorta” haqqında geniş məlumatlar veriləcək.

XƏBƏR LENTİ