Almaniya Ukraynaya milyard avroluq hərbi yardım ayırıb

169 21-01-2023, 10:39 dunya

Almaniya Ukraynaya milyard avroluq hərbi yardım ayırıbAlmaniya Ukraynaya bir milyard avro məbləğində yeni hərbi yardım paketini açıqlayıb.

Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius məlumat verib.

“Almaniya Ukraynaya milyard avro dəyərində əlavə silah və texnika verəcək”, - nazir açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu “yaz paketi” sayəsində Almaniyanın müharibə başlayandan bəri Ukraynaya hərbi yardımının ümumi məbləği 3,3 milyard avroya yüksələcək.

Paketə “Patriot” hava hücumundan müdafiə sistemi, daha yeddi “Gepard” zenit qurğusu və IRIS-T SLM hava hücumundan müdafiə sistemi daxildir.

Pistorius qeyd edib ki, Almaniya Ukraynaya dəstəyindən əl çəkməyəcək. O, hava hücumundan müdafiəni ölkə üçün bir nömrəli prioritet adlandırıb. (Mənbə: rbc.ua)

XƏBƏR LENTİ