“100 mindən çox Qərbi azərbaycanlının siyahısı tərtib olunub, proses davam edir” - İcma

170 23-01-2023, 13:13 cemiyyet

“100 mindən çox Qərbi azərbaycanlının siyahısı tərtib olunub, proses davam edir” - İcma
, Bunu jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcmasının Mətbuat xidmətinin rəhbəri Ülviyyə Zülfüqar deyib.

Qurum rəsmisinin sözlərinə görə, Qərbi azərbaycanlıların siyahıya alınma prosesi davam edir:

“Siyahıya alınma prosesi ilə əlaqədar həm yerli icra orqanları dəstək göstərir, həm də hər gün icmamıza 250-300 nəfər Qərbi azərbaycanlı soydaşımız yaxınlaşır və qeydiyyata alınmaq üçün özləri də təşəbbüs göstərirlər”.

Ü.Zülfüqar vurğulayıb ki, hətta, kök evləri indiki Ermənistan adlanan ərazidə olan soydaşlarımız da qeydiyyata alınır:

“1988-1991-ci illərdə də deportasiya olunan soydaşlarımızla yanaşı, daha əvvəl köçə məcbur edilənlər və onların varislərindən də qeydiyyata alınanlar var”./“Report”

XƏBƏR LENTİ