Naxçıvanda maaşlardan qanunsuz olaraq 50-80 manat pul tutulur...

Naxçıvanda maaşlardan qanunsuz olaraq 50-80 manat pul tutulur...TEREF.AZ yazır ki, Naxçıvan şəhər 10 saylı uşaq bağçasının bir qrup tərbiyəçisi "Gündəlik Naxçıvan" vasitəsi ilə ictimaiyyətə və DTX-ya müraciət edib. Onların müraciətinə əsas səbəb, maaşlarının hər ay müdiriyyət tərəfindən mənimsənilməsidir. Tərbiyəçilər, həm də dərəcələrinin aşağı salınmasından şikayətçidirlər.
Orijinal variantını şərh yerində paylaşacağımız müraciəti təqdim edirik:
“Biz uzun illərdir ki, bağçada tərbiyəçi işləyirik. Aramızda 15-20, 30 il bağçada tərbiyəçi işləyənlər var. Onların hamısı universitet bitirmiş ali təhsilli riyaziyyat, dil və ədəbiyyat, tarix, filologiya müəllimləridir. Üç aydır bizə ixtisasca bağça müəlliməsi olmadığımızın bildirərək dərəcəmizi 14-dən 10-a salıblar. Oktyabr, noyabr, dekabr ayının maaşlarından 50-80 manat qanunsuz olaraq saxlayırlar. Dəfələrlə müdiriyyətə və aidiyyəti qurumlara müraciət etsək də, heç bir nəticə olmayıb. Bağça müdirəsi deyir ki, “hara istəyirsiniz şikayət edin”. Bu səbəbdən DTX-dən xahiş edirik ki, problem araşdırılsın".
Şikayətçilər əlavə olaraq qeyd ediblər ki, 10 saylı bağça müdirəsi musiqi məktəbini qurtarıb: "Necə olur ki, musiqi məktəbini bitirən birinə bağçaya rəhbərlik etmək tapşırılır, amma ali təhsilli müəllimlər bağçada işləyə bilmir?"

Naxçıvanda maaşlardan qanunsuz olaraq 50-80 manat pul tutulur...

  • 23-01-2023, 16:57
  • 23


Oxşar mövzular
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI