TRT Azərbaycanda monitorinq apardı

TRT Azərbaycanda monitorinq apardıRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Radio-Televiziya Qurumunun (TRT) nümayəndə heyəti proqram üzrə fəaliyyətini başa vurub.

Xeberdar.net xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, heyət səfər çərçivəsində paytaxt və bölgələrdə yerləşən Radio-Televiziya Yayım Stansiyalarına texniki baxış keçirərək radiomonitorinq aparıb. Prosesdə həmçinin, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi və Dövlət Radiotezliklər İdarəsinin, eləcə də Audiovizual Şuranın mütəxəssisləri iştirak ediblər.

Nümayəndə heyəti səfərlə bağlı yekun hesabat hazırlayıb Azərbaycan tərəfinə təqdim edəcək. Hesabatda ölkədə radio yayımını həyata keçirən texniki vasitələrin müvafiq normativlərə uyğun istismarının təşkili və şəbəkənin optimallaşdırılmasına dair tövsiyələr əksini tapacaq.

TRT Azərbaycanda monitorinq apardı

  • 23-01-2023, 17:48
  • 29


Oxşar mövzular
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI