Əgər Rusiya tankları Kiyevə və Avropa sərhədlərinə çatarsa, III Dünya müharibəsi başlaya bilər.
Axar.az xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Krosetto deyib.
Nazir həmçinin, İtaliya və Fransanın təhlükəsizliyinin şərq cəbhəsindən və Ukraynada baş verənlərdən asılı olduğunu vurğulayıb.