Azərbaycanda şadlıq sarayı yanıb

197 30-01-2023, 10:41 cemiyyet / hadise

Azərbaycanda şadlıq sarayı yanıbOğuz rayonunda şadlıq sarayında yanğın olub.

Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Padar kəndində ümumi sahəsi 1250 m² olan birmərtəbəli şadlıq sarayının mətbəxində 1 ədəd elektrik lövhəsi, 1 ədəd rəf və dam örtüyünün taxta atmaları 5 m² sahədə yanıb. Şadlıq sarayının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XƏBƏR LENTİ