Bakı 2 saylı Mediasiya Təşkilatı könüllü qəbulunu elan edir

362 8-02-2023, 11:39 cemiyyet

Bakı 2 saylı Mediasiya Təşkilatı könüllü qəbulunu elan edirBakı 2 saylı Mediasiya Təşkilatı növbəti dəfə könüllü qəbulunu elan edir.

Moderator.Az xəbər verir ki, layihənin məqsədi könüllülərin mediasiya ilə bağlı biliklərini artırmaq və bu prosesə gəncləri könüllü qismində cəlb etməkdir.



Proqrama cəlb olunan tələbələr layihədə dərsdənkənar - asudə vaxtlarında iştirak edəcək, gələcək karyeraları üçün bilik və bacarıqlarla yanaşı, təcrübə də əldə edəcəklər.



Proqramda könüllü qismində iştirak üçün seçimlər 2 mərhələli keçiriləcək.



Qeyd edək ki, müraciət etmək istəyən tələbələr lemanmikhaill@gmail.com, mediasiya02@gmail.com ünvanlarına öz CV-lərini göndərə bilərlər.



Çoxdandır gözlənilən proqram üçün son müraciət tarixi 10.02.2023 saat: 20:00-dır.



Daha ətraflı məlumat üçün 0554982791 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

XƏBƏR LENTİ