Yapon ailm Türkiyədəki zəlzələnin dağıdıcılığının səbəbini izah edib

326 8-02-2023, 22:33 dunya

Yapon ailm Türkiyədəki zəlzələnin dağıdıcılığının səbəbini izah edibTokio Universitetinin Beynəlxalq Fəlakət Elmi Tədqiqat İnstitutunun professoru Şinji Todo Yaponiyanın “Asahi Shimbun” qəzetinə episentri Türkiyənin Kahramanmaraş şəhərində olan, ümumilikdə 10 əyalətə təsir edən 7,7 və 7,6 bal gücündə zəlzələlər barədə danışıb. O, dağıntıların kifayət qədər böyük olmasının səbəblərinə toxunub.

Türkiyədəki yeraltı təkanların dünyada quruda baş verən ən böyük zəlzələlər arasında olduğunu bildirən Şinji, "gözlənilməz dərəcədə böyük bir fəlakət oldu” deyib.

Şərqi Anadolu Fay Xəttinin Ərəbistan plitəsi ilə Anadolu plitəsi arasındakı sərhəddə yerləşdiyinə diqqət çəkən Şinji, zəlzələnin gücü ilə yanaşı episentrin yer səthinə yaxın olmasının da dağıdıcılığa yol açdığını qeyd edib.
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.

Şinji vurğulayıb ki, zəlzələnin "enerji gücü" 1995-ci ildəki Böyük Hanşin-Avaji zəlzələsindən və 2016-cı il Kumamoto zəlzələsindən on dəfə çox olub.

Rasim

XƏBƏR LENTİ