Sumqayıt Apellyasiya Məhkəməsində haqsızlıq - ŞOK FAKTLAR

Sumqayıt Apellyasiya Məhkəməsində haqsızlıq - ŞOK FAKTLAR


Hakim Hüseyn Nəbiyev “A-Trans Motors” MMC ilə “anlaşıb”


Bu günlərdə redaksiyamıza müraciət etmiş daha bir vətəndaş qeyri-obyektiv verilmiş məhkəmə qərarı səbəbindən ailə üzvlərinin hüquqlarının pozulduğunu bildirib. Həm də bu dəfə hakim ədalətsizliyi öz təzahürünü apellyasiya məhkəməsində birinci instansiya məhkəməsi tərəfindən verilmiş qərarın heç bir qanuni əsas olmadan ləğv olunmasında tapıb. Məsələnin mahiyyətində isə təəssüflər olsun ki, ölümlə nəticələnmiş bir yol-avtonəqliyyat qəzası durur. Bu ağır qəza 2013-cü ilin 26 fevral tarixində, Siyəzən rayonu ərazisində baş verib. “Mersedes” markalı yük avtomobilinin “Shachman” markalı digər bir ağır tonnajlı avtomobillə toqquşması nəticəsində “Mersedes”in sürücüsü, 41 yaşlı Abdullayev Faiq İsmayıl oğlu dünyasını dəyişmişdir. Faiq Abdullayevin vəfatından sonra onun həyat yoldaşı, Pərvanə Abdullayeva 2005 və 2010-cu il təvəllüdlü iki azyaşlı uşaqla daimi gəlir mənbəyindən məhrum olmuşdur. Bundan sonra Pərvanə Abdullayeva Siyəzən Rayon Məhkəməsinə yüksək təhlükə mənbəyi olan, yol qəzasında iştirak etmiş 90 JV 373 dövlət nömrə nişanlı, “SHACHMAN” markalı ağır tonnajlı avtomobilin mülkiyyətçisi, “A-Trans Motors” MMC-yə qarşı mülki iddia ilə müraciət etmişdir. 2013-cü ilin fevral ayından 2014-cü ilin iyun ayınadək davam etmiş məhkəmə prosesi nəticəsində “A-Trans Motors” MMC-dən 5000 (beş min) manat maddi ziyan, 5000 (beş min) manat mənəvi ziyan olmaqla, cəmi 10000 (on min) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsinə dair qərar qəbul edilmişdir. Təbii ki, bu qərarı obyektiv və ədalətli hesab etmək olar. Lakin “A-Trans Motors” MMC-nin rəhbərləri eyni zamanda həm öz əməkdaşlarının, həm də digər vətəndaşların həyatlarını daima ağır risklərə atmaqla qazandıqları milyonların cüzi hissəsindən belə olsa ayrılmağa qətiyyən razı olmayıblar. Buna görə də 19.09.2014-cü il tarixində şirkətin rəhbərliyi Sumqayıt Apellyasiya Məhkəməsinə Siyəzən Rayon Məhkəməsi tərəfindən verilmiş qərardan apellyasiya şikayəti ilə müraciət ediblər. İlk növbədə diqqəti belə bir məqam cəlb edir ki, apellyasiya şikayəti rayon məhkəməsi tərəfindən çıxarılmış hökmün elan olunmasından 3 aydan artıq müddət keçdikdən sonra təqdim olunmuşdur. Halbuki, apellyasiya şikayəti üçün qanunla nəzərdə tutulmuş müddət 20 gündür. Lakin şirkət rəhbərləri bu “səddi” asanlıqla keçə bilmişlər. Digər tərəfdən isə, zərərçəkmiş şəxs Pərvanə Abdullayevanın anası Xanımzər Rzayevanın (qeyd edək ki, X.Rzayeva özü də şəhid ailəsinin bir üzvüdür – red.) redaksiyamıza təqdim etdiyi sənədlərdən belə məlum olur ki, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddət həddinin aşılması, daha sonra yer almış çeşidli qanun pozuntularının ən yüngülüdür. İlk növbədə MMC-nin səlahiyyətli nümayəndəsi Ağalar Ağaşirinov tərəfindən təqdim olunmuş apellyasiya şikayətində iddia olunur ki, Siyəzən Rayon Məhkəməsində gedən prosesdə “A-Trans Motors” MMC-nin iştirakı təmin edilməmişdir. Əslində isə şirkət rəhbərliyi sadəcə olaraq etinasızlıq nümayiş etdirərək, 16 ay ərzində davam eən məhkəmə araşdırmasına qatılmağı lazım bilməmişdir. Bunun sübutu kimi MMC-nin direktoru Ü.İ.Tağıyev tərəfindən 19 dekabr 2013-cü il tarixində imzalanmış və Siyəzən Rayon Məhkəməsinin hakimi cənab İlqar Quliyevə ünvanlanmış məktuba nəzər salmaq kifayətdir. Məktubda bildirilir: “... Sizin 05 dekabr 2013-cü il tarixli (059)-31 saylı məktubunuza cavab olaraq bildiririk ki, “SHACHMAN” markalı 90 JV 373 dövlət qeydiyyat nişanlı avtomaşında tərəfimizdən hər hansı radionaviqasiya cihazı quraşdırılmamışdır...” Bu sənəd aşkar sübut edir ki, MMC-nin rəhbərliyi məhkəmə prosesinin gedişi barədə mütəmadi olaraq məlumatlandırılıb. Lakin buna baxmayaraq, prosesdə iştirak etməkdən qəsdən yayınıb. Daha sonra apellyasiya şikayətində iddia olunur ki, hadisə baş verən tarixdə (26.02.2013) “A-Trans Motors” MMC guya ki, “SHACHMAN” markalı 90 JV 373 dövlət qeydiyyat nişanlı avtomaşının mülkiyyətçisi olmamışdır. Bu iddianı əsaslandırmaq üçün isə Sumqayıt Apellyasiya Məhkəməsinə “A-Trans Motors” MMC ilə İsmayılov Rasim Yusif oğlu arasında 23 dekabr 2010-cu il tarixində bağlanmış 211 nömrəli “Alqı-satqı müqaviləsi” təqdim olunmuşdur. Qeyd edək ki, bu müqavilənin bir surəti də bizə təqdim olunmuşdur. Lakin maraqlıdır ki, bizə təqdim olunan sənədlər arasında daha bir alqı-satqı müqaviləsinin də surəti vardır. İndi diqqət edin, hər iki müqavilə 23 dekabr 2010-cu il tarixində bağlanmışdır və bu sənədlərin ikisi də 211-ci nömrə ilə qeydə alınıb. Alqı-satqı predmeti kimi də müqavilələrdə eyni avtomobil göstərilib, model: “SHACHMAN” SX 3315DT326, buraxılış ili: 2010, mühərrik: 1408E001037, şassi: LZGJRDR678X026101, rəngi: göy. Yalnız dövlət nömrə nişanları fərqlıdır. Rasim İsmayılovla bağlanmış müqavilədə bu nömrə 90 JV 373, Mustafayev Rəşad Baləmi oğlu ilə bağlanmış digər müqavilədə isə 90 JM 544 kimi göstərilmişdir. Artıq bu faktın özü “A-Trans Motors” MMC-də istənilən sənədin saxtalaşdırılmasının mümkünlüyünü isbat edir. Lakin bu da son deyil. Sənədlərdən məlum olur ki, şirkət tərəfindən eyni tarixdə, eyni nömrə ilə və eyni avomobilin satışına dair bağlanmış daha bir müqavilə mövcuddur. Bu müqavilənin surəti bizdə olmasa da, onun mövcudluğunu isbat edən digər bir sənədin, şirkət rəhbərliyi ilə vətəndaş İsgəndərov Vüqar Əhməd oğlu tərəfindən 08 aprel 2013-cü il tarixində, Bakı şəhərində imzalanmış Aktın surəti redaksiyamıza təqdim edilmişdir. Bu sənəd təsdiq edir ki, 23 dekabr 2010-cu il tarixində sözügedən avtomobilin Vüqar İsgəndərova satışı ilə bağlı daha bir müqavilə də imzalanıb və məhz 2013-cü ilin aprel ayında nəzərdə tutulan bütün ödənişlər həyata keçirildikdən sonra avtomobil həmin şəxsə təqdim olunub. İndi isə bu müqavilələrin bəzi bəndlərinə diqqət edək. Müqavilənin 6.1.3. bəndində göstərilir ki, “alıcı” yalnız avtomobilin tam dəyərini “satıcı”ya ödədikdən sonra mülkiyyət hüququnu əldə edə bilər. Bu ödənişin həyata keçdiyini təsdiqləyən yeganə sənəd isə məhz 08 aprel 2013-cü il tarixində imzalanmış aktdır. Deməli, həmin tarixə qədər avtomobilin qanuni mülkiyyətçisi məhz “A-Trans Motors” MMC olub. Əgər bu da kifayət etmirsə, hadisə baş verən tarixdə “SHACHMAN” avtomobilini idarə etmiş Əsgərov Elyar Əkbər oğluna bu hüququ verən digər bir sənədə nəzər salaq. Belə ki, Elyar Əsgərov həmin gün avtomobili məhz “A-Trans Motors” MMC tərəfindən verilmiş etibarnamə əsasında idarə edirmiş. Təbbi ki, belə bir etibarnaməni də yalnız avtomobilin mülkiyyətçisi verə bilərdi. Ən əsası isə budur ki, Elyar Əsgərov özü də Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etdiyi etiraz ərizəsində bütün bu faktları təsdiqləmişdir. “A-Trans Motors” MMC-nin verdiyi apellyasiya şikayətinə qarşı olan bu etirazda açıq-aşkar göstərilir ki, hadisə baş verən gün “SHACHMAN” avtomobilinin yeganə mülkiyyətçisi “A-Trans Motors” MMC olub. Daha bir qəribəlik də bundadır ki, şirkət tərəfindən müxtəlif sənədlərdə eyni rəhbər vəzifəli şəxs, yəni direktor kimi müxtəlif insanların soyadları və imzaları durur. Belə ki, 23 dekabr 2010-cu il tarixində bağlanmış iki müqavilə Elşən Cəfərov, 08 aprel 2013-cü il tarixində tərtib olunmuş akt Vüqar Tağıyev və nəhayət 19 dekabr 2013-cü il tarixində Siyəzən Rayon Məhkəməsinin hakimi cənab İlqar Quliyevə ünvanlanmış məktub Üzeyir Tağıyev tərəfindən imzalanmışdır. Lakin bu o qədər də vacib deyil. Əsas budur ki, bütün bu sənədlər “A-Trans Motors” MMC-nin möhürü ilə təsdiq edilib.


Göründüyü kimi “A-Trans Motors” MMC-nin Sumqayıt Apellyasiya Məhkəməsinə Siyəzən Rayon Məhkəməsi tərəfindən verilmiş qərardan apellyasiya şikayətinin təmin olunmaması üçün bütün qanuni əsaslar var. Hətta bu xüsusda daha ciddi araşdırmalar aparılarsa, MMC-nin rəhbərliyi məhkəməyə saxta sənədlər təqdim etmək üstündə məsuliyyətə də cəlb oluna bilərlər. Lakin aldığımız məlumatlara görə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi cənab Hüseyn Nəbiyevi nə bütün bu faktları təsdiq edən sənədləri, nə də Elyar Əsgərovun və zərərçəkmiş şəxs Pərvanə Abdullayevanın nümayəndəsi Könül Əliyevanın təqdim etdikləri etirazları qəbul etməyib. Bunun əvəzində isə “A-Trans Motors” MMC-nin haqsız, əsassız və qeyri-qanuni tələbi təmin olunub. Təbii ki, bir mətbu orqanı olaraq bizim nə hakimləri, nə də onların çıxardıqları qərarları mühakimə etmək hüququmuz yoxdur. Biz sadəcə olaraq ehtimal edə bilərik. Ehtimal ki, cənab Hüseyn Nəbiyevi mərhum Faiq Abdullayevin atasız qalmış iki körpə övladının boğazlarından son tikələrini çıxarıb “A-Trans Motors” MMC-nin rəhbərliyinə verməyə vadar edən çox tutarlı əsaslar olub... //bizimdovr.az//


Redaksiyasiyamıza xəbər verən zərərçəkmiş şəhid bacısı və başsız qalmış övladlar bildirib ki, məhkəmə qərarı haqsızlıqla verilmiş “A-Trans Motors” MMC-nin rəhbərliyi tərəfindən məhkəm necə hansı şəraitdə şirkət xeyrinə qərar çıxarılmış və zərərçəkmiş ailənin haqqı bərqərar olunmamış qalmışdır.

Araşdırmamız davam edir bizi izləyin...

Redaksiyamız qarşı tərəfidə dinləməyə və mövqeyini dərc etməyə hazırdır...



ANONS... ANONS... ANONS... ANONS... ANONS... ANONS... ANONS...

“A-Trans Motors” MMC Azərbaycan respublikasında milyonluq işlərə məşğul olan bu şirkət Siyəzən rayon məhkəməsinin başsız qalmış iki körpə uşağa kəsdiyi 10.000 manatı ödəməyə gücü çatmadı...?

Məhkəmə qərarına zərər vurmuş tərəf kimi “A-Trans Motors” MMC-nin rəhbərliyi necə özünü təmizə çıxarda bilib...? Bizi izləməyi unutmayın...

Sumqayıt Apellyasiya Məhkəməsində haqsızlıq - ŞOK FAKTLAR

  • 7-08-2015, 15:50
  • 1 778


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Azərbaycanda tələbə “WhatsApp”da status yazıb intihar etdi - FOTO
  2. Astarada qadın qonşusunun verdiyi dərmandan öldü
  3. DSX-dən İrana CAVAB
  4. Azərbaycanda hamilə qadın peyvəndə görə tələbəlikdən imtina edib
  5. Bakıda DƏHŞƏT: 6 yaşlı uşaq diri-diri YANDI
  6. Sumqayıtda hamilə arvadını öldürən şəxsə hökm oxunub
  7. Sabiq icra başçısının həbs müddəti uzadılıb
  8. Azərbaycan-Gürcüstan-Türkiyə birgə gömrük komitəsinin fəaliyyət istiqamətləri açıqlanıb
  9. Qəbələdə karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib
  10. Tehran rejiminin Azərbaycana qarşı törətdiyi təxribatlarla əlaqədar Milli Hərəkatçılar Birliyi bəyanat yaydı
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI