Qadın sərnişinlərə qeyri-etik təkliflər edən taksi sürücüləri polis tərəfindən saxlanılıb

489 14-02-2023, 10:48 cemiyyet / kriminal

Qadın sərnişinlərə qeyri-etik təkliflər edən taksi sürücüləri polis tərəfindən saxlanılıbPaytaxtda polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində müxtəlif taksi şirkətlərinin sürücüləri tərəfindən 9 hüquqpozma faktı aşkar olunub. Bu barədə DİN Mətbuat Xidməti məlumat yayıb.
Məlumat görə,, onlardan 1-i dələduzluq cinayəti, 8 fakt isə qadın sərnişinlərə qarşı qeyri-etik təkliflərlə bağlı olub.
Texniki vasitələrlə aşkarlanan hüquqpozma halları ilə bağlı 8 sürücü inzibati məsuliyyətə, 1 sürücü isə cinayət məsuliyyətinə cəlb edilib.
Bu istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir, daxil olan bütün müraciətlərə çevik reaksiya verilir.

Xeberdar.net

XƏBƏR LENTİ