“Muradov yenə qoşunu “ət maşınına” göndərir” – Həmkarları generala qarşı çıxır

438 27-02-2023, 22:30 dunya

“Muradov yenə qoşunu “ət maşınına” göndərir” – Həmkarları generala qarşı çıxır“Artıq həmkarları da general Rüstəm Muradovla münaqişəyə girirlər”.

“AzPolitika.info” xəbər verir ki, “Vaqner”-ə aid “GREY ZONE” telegram kanalında Qarabağdakı Rusiya sülhməramlılarının sabiq komandanı, Ukraynada işğalçılıq müharibəsindəki məğlubiyyətlərə görə ən çox adı hallanan generallardan biri olan Rüstəm Muradovla bağlı maraqlı məlumatlar yer alıb.

Xəbərdə deyilir ki, Uqledar ətrafında onun tabeliyində olan 155-ci briqadanın Ukrayna Ordusu tərəfindən darmadağın edilməsindən sonra da “Rüstəm Muradov qoşunları ət maşınına göndərməkdə davam edir”.

Generalı xəyanətdə ittiham edən “Vagner”-in kanalı iddia edir ki, bununla da Muradov Ukraynanın gələcək əks-hücumu üçün zəmin yaradır: “O, Rusiya ordusunun ən yaxşı tank briqadalarından olan 5-ci briqadanı xeyli dərəcədə zəiflətmək qərarına gəlib. Ancaq rütbəsindən məhrum edib tribunala göndərmək əvəzinə, ona yeni rütbə verirlər”.

Xəbərdə deyilir ki, Uqledarda məhv edilən 155-ci briqadaya aid dəniz piyadalarının kütləvi ölümünə görə Rusiya ordusunun Sakit okean donanmasının komandanı ilə Muradov arasında münaqişə olub. Həlak olanların qohumları isə Muradovla hesablaşmaq istəyirlər.

Xatırladaq ki, Uqledar ətrafındakı acınacaqlı məğlubiyyətdən və Muradovun tabeliyinə verilmiş 155-ci və 40-cı briqadaların Ukrayna müdafiəçiləri tərəfindən darmadağın edilməsindən sonra Putin ona general-polkovnik rütbəsi verib.

XƏBƏR LENTİ