Yevlaxda süpürgəçi qadınları avtomobil vurub, ölən var

185 26-03-2023, 09:00 hadise

Yevlaxda süpürgəçi qadınları avtomobil vurub, ölən varYevlaxda süpürgəçi işləyən iki qadını avtomobil vurub, onlardan biri ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi küçəsində qeydə alınıb.

Onlardan biri - 1974-cü il təvəllüdlü Əsgərova Səbinə Rafiq qızı hadisə yerində dünyasını dəyişib.

Hadisə nəticəsində 1992-ci il təvəllüdlü Bəsdi Mirzəyeva ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberdar.net

XƏBƏR LENTİ