"Bələdiyyə sədri Göyçayın icra başçısına haqq verir, mən isə kasıb kəndliyəm"

"Bələdiyyə sədri Göyçayın icra başçısına haqq verir, mən isə kasıb kəndliyəm"Redaksiyamıza Göyçay rayonu Cəyirli kəndi sakini Adıgözəlov Vahid Arif oğlu tərəfindən şikayət ərizəsi daxil olub.


Şikayət ərizəsində Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyevin fəaliyyətindən narazılıq edilir.

Moderator.az həmin şikayət məktubunu təqdim edir:

"Göyçay rayonu Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyev mənə məxsus 26 ha pay torpaq sahəsinin sənədlərini məhv edib, buna görə reyestr çıxarışı ala bilmirəm. Bələdiyyə sədri Fuad Nəbiyevin məqsədi buna görə məndən pul almaqdır. Mən bu barədə Əmlak Məsələləri Komitəsinin Ucar rayon şöbəsinə müraciət etdikdə bildirdilər ki, həmin yer sənindir, buna görə bələdiyyə sənə sənəd verməlidir ki, dövlət qeydiyyatına alınıb reyestr çıxarışı verilsin. Bələdiyyə sədri isə özbaşınalıq edib həmin sənədi mənə vermək istəmir, məndən buna görə pul istəyir. Bu necə olur ki, öz qanunu torpağımı özümə satmaq istəyir. Bu barədə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin qəbulunda olub şikayətimi bildirsəm də heç bir qanunu tədbir görülmür. Çünki bələdiyyə sədri icra başçısına haqq verir, mən isə kasıb kəndliyəm. Buna görə də sözüm keçmir, qanun mənim tərəfimdə olsa da haqsızlığa düçar olmuşam. Bildirirəm ki, aqrar islahatlar zamanı Cəyirli kəndində 26 ha torpaq sahəsi mənə verilib. Ancaq indiyə qədər rüşvətxor bələdiyə sədrinin tamahına görə həmin pay torpaq sahəmin sənədlərini ala bilmirəm, gizlədib özümə vermir. Kəndlinin iş yeri, gəlir mənbəyi onun torpağıdır. Ancaq Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyevin qanunsuz əməlləri nəticəsində mən 26 ha. torpaq sahəmdən istifadə etməkdən məhrum olunmuşam. İki qardaş Cəyirli kəndini çapıb talayırlar. Fuad Nəbiyevin qardaşı Fərhad Nəbiyev kəndimizin icra nümayəndəsidir. Nəbiyevlər kəndin başına ip salıb pis günə qoyublar. Özlərinin isə ölçüsü bilinməyən torpaqları var. Bələdiyyə sədri kəndin torpağını saxtakarlıqla satıb talayıb.

Bu barədə Bələdiyyələrlə İş Mərkəzinin sədri Mehdi Səlimzadəyə, Göyçay Regional Ədliyyə Şöbəsinə müraciətlər etmişəm, ancaq heç bir tədbir görülmür. Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən xahiş edirəm, Göyçay rayonu Cəyirli kəndi ərazisində yerləşən 26 ha. torpaq sahəmin şəhadətnaməsinin özümə qanunu qaydada verilməsinə köməklik edəsiniz".

Xeberdar.net

"Bələdiyyə sədri Göyçayın icra başçısına haqq verir, mən isə kasıb kəndliyəm"

  • 26-02-2016, 10:44
  • 788


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Ağdam rayon İcra Hakimyyətinin başçısı şəhidin qardaşını işdən çıxardı
  2. "Qarabağ" - "Bazel" oyununda birinci hissə başa çatıb
  3. ABŞ və Türkiyə Ukraynanı silahlandırır – “Əgər Azərbaycanın təcrübəsi bizdə olsaydı...”
  4. Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
  5. MTN GENERALININ RÜŞVƏT ALDIĞI ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI - Siyahı
  6. “Azərişıq”in əməkdaşını cərəyan vurub öldürdü
  7. Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yayıb
  8. İrəvanda Türkiyə bayrağı gəzdirənlər iranlı çıxdı?..- Ermənistan polisi...
  9. Araik Xocalı ərazisində sement zavodu acdı... YENİLƏNİB-FOTOLAR+VİDEO
  10. Sumqayıtda üçüncü dəfə evdən gedən gənc ana iki ay sonra Bakıda tapılıb
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI